STM-in təşkilatçılığı ilə  25 ölkənin iştirakı ilə beynəlxalq konfrans keçirilib - FOTO

17 fevral 2022-ci il tarixində Sosial Tədqiqatlar Mərkəzi və dünyanın 25 dövlətindən olan universitet,təhsil institutları,beyin mərkəzlərinin təşkilatçılığı ilə “Təhsil Sistemində Aktual Problemlər: Ümumtəhsil Müəssisəsi – Ali Məktəbəqədər Hazırlıq – Ali Təhsil Müəssisəsi”(ActualProblemsintheSystemof Educatıon: General SecondaryEducatıonInstıtutıon-Pre-UnıversıtyTraınıng-HıgherEducatıonInstıtutıon”) mövzusunda,Zoom formatında III Beynəlxalq elmi-praktik konfrans keçirilib.

"Sherg.az" xəbər verir ki, konfransın təşkilatçıları sırasında: Sosial Tədqiqatlar Mərkəzi, Ukrayna Təhsil və Elm nazirliyi, Ukrayna Milli Aviasiya Universiteti, Təhsilin İnkişafi və Elmi İnstitutu,Böyük Britaniyanın Koventri Universiteti,  Böyük Britaniyanın Dubay Universiteti(BƏƏ),Tallinn Texnologiya Universiteti, Estoniyanın TallinnUniversiteti,Riqadakı  Latviya Universiteti,  Türkiyənin NecmettinErbakan Universiteti, Konya, Türkiyənin Üsküdar Universiteti, BingölUniversiteti,Bolqarıstanın Sofiya  «St. KlimentOhridski» Universiteti,  Hindistanını   Bangalore Universiteti,   Qırğızıstan Dövlət Universsiteti,Tacikistan Milli Universiteti,  Pakistanın Lahor Universiteti, Belarus Dövlət Universiteti,  Kiyev Milli İqtisad Universiteti,  Azərbaycan UNEC Universiteti, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası və s. yer alıb.

 
STM-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə konfransın təşkilat komitəsinin üzvü, STM idarə heyətinin üzvü, professor Tahirə Allahyarova “Search for a new paradigm in the education system in the era of artificial intelligence and digital technologies: challenges, opportunities (Süni intellekt və rəqəmsal texnologiyalar dövründə təhsil sistemində yeni paradiqmanın axtarışı: problemlər, imkanlar)”mövzusunda məruzə ilə çıxış edib.

Konfransda müasir dünyada təhsil sisteminin qlobal və lokal miqyaslı problemləri, rəqəmsal sivilizasiya,pandemiya və süni intellekt texnologiyaları kimi çağırışlar fonunda yeni təhsil modellərinin axtarışları ilə bağlı 100-ə yaxın məruzə dinlənilib.