Tahir Kərimlinin davranışına psixoloq baxışı:“Hansısa  dərmanların təsiri ilə...”


Ötən gün deputat Tahir Kərimli oyuncaq dinozavr ilə video çəkib və onu ölümlə hədələyən şəxslərə səslənib:
 “Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq.Sən heç kimsən”.O dediklərində nə qədər ciddi olsa da əlindəki  oyuncaq dinozavra görə,insanlar tərəfindən gülüş obyektinə çevrilib. Adamların əksəriyyəti  deputatın ölümlə təhdid olunması kimi ciddi məsələni deyil  əlindəki oyuncağı gündəmə gətiriblər.

Psixoloq Əfasanə Rüstəmova  T.Kərimlinin  məlum  videosu ilə bağlı “sherg.az”a danışıb. O deputatın psixoloji vəziyyətinə diqqət çəkib:

 “Şəxsin psixoloji vəziyyəti yerində olmadığı üçün hətta o hansısa  dərmanların təsiri ilə də bu cür davrana bilər”. 

Ə.Rüstəmova hesab edir ki, cəmiyyətin nüfuzlu şəxsləri öz idarəetmələrini itirməməlidirlər:

“Əks halda onların insanlar tərəfindən gülüş obyektinə çevrilməsi qaçılmazdır. Təəssüflər olsun ki, biz cəmiyyət olaraq belə stiuasiyalarda başqa cür reaksiya verə bilmirik”.