8 min qazanan Azərbaycan çempionu müəyyənləşdi


Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.

Oxu.Az xəbər verir ki, üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb və Azərbaycan çempionatının bürünc mükafatçısı olub.

Məhəmməd Muradlı isə finalın ikinci oyununda da qələbə qazanıb. Bununla da o, kişilər arasında şahmat üzrə Azərbaycan çempionu olub. Misrəddin İsgəndərov isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 22 min manat təşkil edir. Çempion 8 min manat qazanıb.