Yolu bağlayan TIR sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda yolu bağlayan TIR sürücü Rəmiş Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın xəbərinə görə, bu barədə qərar bu gün Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılıb.
Məhkəmə Rəmiş Cəfərov barəsində istintaq orqanının təqdimatı əsasında 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarıb.
Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.