Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir - FOTO

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir. 
Ramazanın iyrimi ikinci günü üçüncü Qədr gecəsinə, yəni aprelin 23-dən 24-nə keçən gecəyə təsadüf edir. 
Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olduğu gecədir. Quran İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (2 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.