Birinci rübdə Dövlət Gömrük Komitəsi tərəfindən cinayət xarakterli 53 fakt aşkarlanıb.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) açıqlayıb.

Komitədən bildirilib ki, bunlardan 20-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 25-i isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 58 nəfər olub.