Küçədə “salfetka” satan 14 yaşlı qız itkin düşdü

Bakıda 14 yaşlı qız itkin düşüb.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə aprelin 22-də Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Məryəm Bukavadze İsmayıl qızı yaşadığı Əmircan qəsəbəsi, 2-ci mədən küçəsi ev 8 ünvanından çıxaraq itkin düşüb.
Məlumata görə, 14 yaşlı qız küçələrdə “salfetka” satışı ilə məşğul olub.
Hazırda Suraxanı RPİ-nin 31-ci PB-də araşdırma aparılır.