Dövlət qurumunda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” MMC-nin direktoru Həmid Məmmədov vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Müsavər Hətəmova həvalə olunub.
Xatırladaq ki, “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” şirkəti 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.