Əfv Komissiyasının iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Əfv Məsələləri Komissiyasının növbəti iclası aprelin 29-da keçiriləcək.
15:00
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.
"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan müraciətlərə baxılır.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.