AzTV-nin məşhur aparıcısına vəzifə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinə məşhur aparıcı Alidə Mustafayeva təyin olunub.

Sfera.az-ın məlumata görə, o, artıq vəzifəsinin icrasına başlayıb.  

Məsələ ilə bağlı redaksiyamızın əməkdaşı Alidə Mustafayeva ilə əlaqə saxlayıb:

"Bu məsələ ilə bağlı söhbətlər var. Əmrimin gəlməsini gözləyirəm. Belə bir söhbət var və mən təkzib etmirəm. AzTV-dəki işimlə bağlı hələ dəqiq bir məlumat yoxdur. Bu səbəbdən indi sizə dəqiq bir məlumat verə bilməyəcəyəm”. 

Qeyd edək ki, Alidə Mustafayeva illər əvvəl ATV-də, İTV-də və AzTV-də xəbərlər proqramını aparıb.  (Bizim.media)