Rəqsanədən oğlu ilə birgə paylaşım - VİDEO

Müğənni Rəqsanə İsmayılova oğlu ilə görüntüsünü paylaşıb.
Oxu.Az-ın məlumatına görə, Rəqsanə sosial şəbəkə hesabında paylaşdığı videoda övladının üzünü göstərməməyə çalışıb.
“Doğrudan da ana olmaq çox məsuliyyətli bir missiyadır. Övlad qoxusu cənnət qoxusudur. Bəzən efirlərə baxıram ki, valideynlər övladlarını böyütmək üçün ömürlərini, günlərini xərcləyirlər, sonda övlad həmin ata-anaya sahib çıxmır. Allah heç bir valideynin əziyyətini yerdə qoymasın, övladların da canını sağ eləsin”, - deyə müğənni paylaşımında qeyd edib. 

Xatırladaq ki, Rəqsanənin üç qız, bir oğul övladı var.

Sözügedən paylaşımı təqdim edirik: