Parlament Azərbaycanla Moldova arasında readmissiya haqqında sazişi təsdiqləyib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA xəbər verir ki, qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.