Lekornu Fransanın rəsmi açıqlamasını təkzib etdi

İranın oktyabrın 1-də İsrailə atdığı raketlərin vurulmasında Fransa iştirak etməyib.
Axar.az xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.

Müdafiə naziri İordaniyada yerləşdirilən Fransanın “Rafale” qırıcılarının İsrailə doğru atılan raketlərin vurulmasında istifadə edilib-edilməməsi ilə bağlı sualı mənfi cavablandırıb.

Qeyd edək ki, bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi respublikanın silahlı qüvvələrinin oktyabrın 1-də İranın İsrail ərazisinə raket hücumunun dəf edilməsində iştirak etdiyini bildirmişdi.