“İlkin azadlığa buraxılacaq” – Qardaşından gözlənilən MÜJDƏ ! 

“Yay tətilinə görə hakimlər məzuniyyətdədirlər. Avqustun 24-ü növbəti məhkəmənin keçirilməsi nəzərdə tutulub"

"Cinayət işinin üstünün açılmamasının səbəbini keçmiş polis rəisi Şirzad Əsgərovla əlaqəli olduğunu düşünmürük. Çünki o artıq vəzifədə deyil. Müəyyən təsir imkanı yoxdur. Bəlkə, vaxtilə ola bilərdi, hazırda Ş.Əsgərov çalışmır axı".
Bu sözləri "Sherg.az"a açıqlamasında 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanov söyləyib.

A.Süleymanov bildirib ki, haqq-ədalət yerini tapacaq:

"Dövlət və onun qanunları o qədər də aciz deyil. Bəzi dövlət məmurları cinayət işinin üstünün açılmasını istəmir. İlkinin cinayətkar olduğunu təsdiqləyən dəlil yoxdur. Qanunla Prokurorluq İlkini məhkəməyə də göndərməməli idi. 
Hər kəs görür ki, ortada saxtakarlıq var. Hətta hakim özü də yaxşı görür. Məhkəmənin gedişatının necə nəticələnəcəyini gözləyirik. İlkin azadlığa buraxılacaq, ümidimiz çoxdur.

Yay tətilinə görə hakimlər məzuniyyətdədirlər. Avqustun 24-ü növbəti məhkəmənin keçirilməsi nəzərdə tutulub".


Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb..

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.