Aksiya  iştirakçıları mundialın final matçını izləyirlər

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçılarının Qətərdə keçirilən dünya çempionatının finalını - Argentina- Fransa matçını izləmələri üçün böyük monitor quraşdırılıb.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, aksiya iştirakçıları ərazidə quraşdırılmış böyük ekran vasitəsilə mundialın final görüşünü izləyirlər.


Havanın soyuq olmasına baxmayaraq, Laçın-Xankəndi yolundakı aksiya davam edir.

Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər.