Rusiyalı sülhməramlılar Fransanın qoluna məyus oldular (VİDEO)


Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyası yeddinci gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları və sülhməramlılar dünya çempionatının final oyununu - Argentina-Fransa qarşılaşmasını birlikdə izləyir.

Bunun üçün aksiya keçirilən ərazidə böyük monitor quraşdırılıb.

Oyunu izləyən Rusiyalı sülhməramlılar Fransanın qoluna məyus olublar. Oyunun əsas vaxtı 2-2 başa çatıb.