Sülhməramlılar Argentinanın çempionluğuna belə sevindilər (VİDEO)

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyası yeddinci gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları və sülhməramlılar dünya çempionatının final oyununu - Argentina-Fransa qarşılaşmasını birlikdə izləyiblər.

Rusiya sülhməramlıları Argentinanın çempion olmasına seviniblər.

Qeyd edək ki, Argentina-Fransa matçı 3-3 başa çatıb. Tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.