Qaxda ağacdan yıxılan kişi öldü

Qaxda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qax şəhəri ərazisində baş verib.
Qax şəhər sakini 1969-cu il təvəllüdlü Alberd Zurabaşvili yaşadığı evin həyətyanı sahəsində xurma ağacından yıxılıb.
Alberd Zurabaşvili hadisə zamanı aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.