İranda 14 yaşlı qız cinsi təcavüz nəticəsində öldü: Anası yoxa çıxdı - FOTO

İranda 14 yaşlı məktəbli qız hicabını çıxardığı üçün həbs edilib.
Daha sonra təhlükəsizlik qüvvələrinin nümayəndələrinin cinsi təcavüzü nəticəsində yaranan vaginal yırtıq nəticəsində dünyasını dəyişib.
Qızın anası isə yoxa çıxıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, bununla bağlı “New York Times” qəzetinin 17 dekabr tarixli sayında “İran qadınlara iffəti qəbul etdirmək üçün cinsi zorlamadan istifadə edir” başlıqlı yazı dərc olunub. Yazıda bildirilib ki, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri Məsumə adlı 14 yaşlı məktəbli qızı həbs edib. Tehranın yoxsul məhəllələrindən birində yaşayan və məktəbdə hicabını çıxardığı üçün həbs edilən qızcığaz bir müddət sonra vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb.
Yazının müəllifi Nyu-Yorkda yerləşən İran İnsan Haqları Kampaniyasının direktorunun bununla bağlı açıqlamasından sitat gətirib.
“Bu qız məktəbdə quraşdırılmış kameralar tərəfindən müəyyən edilərək həbs olunub. Bir müddət sonra o, vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb. Qız həyatını itirib, anası isə qızının qətlini ictimailəşdirmək istədiyini dedikdən sonra yoxa çıxıb”, - deyə İran İnsan Haqları Kampaniyasının direktorunun verdiyi açıqlamada bildirilib.

Telegram Widget
İranda 14 yaşlı qız təhlükəsizlik qüvvələrinin cinsi təcavüzü nəticəsində öldü / Anası yoxa çıxdı😢🤬

“The New York Times” qəzeti İran İnsan Haqları Kampaniyasına istinadən xəbər verib ki, 14 yaşlı məktəbli etirazçı qız həbsdə olarkən təhlükəsizlik qüvvələrinin cinsi təcavüzü nəticəsində yaranan vajinasının yırtılması nəticəsində dünyasını dəyişib. Onun anası isə yoxa çıxıb.

“New York Times” qəzeti dekabrın 17-də “İran qadınlara iffəti qəbul etdirmək üçün cinsi zorlamadan istifadə edir” başlıqlı yazıda İran İslam Respublikasının təhlükəsizlik qüvvələrinin Məsumə adlı 14 yaşlı məktəbli qızı həbs etdiyini açıqlayıb. Tehranın yoxsul məhəllələrindən birində yaşayan və məktəbdə hicabını çıxardığı üçün həbs edilən qızcığaz bir müddət sonra şiddətli vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb.

Yazının müəllifi Nyu-Yorkda yerləşən İran İnsan Haqları Kampaniyasının direktorundan sitat gətirib:👇👇👇