240 uşaq ailəsinə qaytarılıb, müəssisələrdə 1563 uşaq var

Bu günə qədər övladlığa götürülmüş 1273 uşağın monitorinqi həyata keçirilib.

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb:

"Onlardan 94 nəfəri qız, 146-sı oğlandır. Bu uşaqlardan 109-u bu il reinteqrasiya edilənlərdir. 01.11.2022-ci il tarixindən 9 nəfəri oğlan, 9 nəfəri qız olmaqla 18 nəfər uşaq müəssisələrinə yerləşdirilib. Hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir. Övladlığa verilməsi mümkün olan uşaqların sayı isə 66-dır".