Dubay-Tbilisi təyyarəsi Bakıda məcburi eniş edib

Tbilisi hava limanında güclü duman səbəbindən “FlyDubai” aviaşirkətinin Dubay-Tbilisi marşrutu üzrə hərəkət edən FZ-8637 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Boeing 737 MAX” təyyarəsi yerli vaxtı ilə saat 12:03-də Bakı hava limanında eniş edib.