Türkiyədən təxliyə olunan türk vətəndaşı: “Elbistanda hər şeyimizi itirdik”

“Həmin günü xatırlamaq çox ağırdır”.
Bunu Oxu.Az-a açıqlamasında Türkiyədən təxliyə olunan Türkiyə vətəndaşı Poyraz deyib.
Onun sözlərinə görə, yaxınlarından dağıntı altında qalanlar olub:
“Elbistanda hər şeyimizi itirdik. Qardaş ölkə Azərbaycan bizə qapılarını açdı. Evimiz tam dağıldı”.