Köhnə avtomobili ilə Türkiyəyə yardım göndərən Sərvər Kahramanmaraşa gedəcək - FOTO

Sosial şəbəkələrdə qırmızı rəngli köhnə avtomobillə gündəm olan Sərvər Bəşirli Türkiyənin Kahramanmaraş vilayətinə gedəcək. 
Sosial şəbəkələrdə yayılan məlumata görə, S.Bəşirli Kahramanmaraşda xilasedicilərə qoşulacaq.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 əyalətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı ümumilikdə 18 991 nəfərə çatıb. Yaralıların sayı isə artaraq 75 523 nəfərə yüksəlib.