Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, sabah ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.