İnam Kərimov İsrail və Azərbaycan arasındaki münasibətlərdən danışıb

“Azərbaycan və İsrail arasında münasibətlər yüksək səviyyədədir”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda Azərbaycan kənd təsərrüfat naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycan-İsrail əlaqələrini genişləndirmək potensialı mövcuddur:
“Azərbaycanla İsrail arasında 2021-ci ildə İsraildə biznes forum təşkil etdik, iki ölkədən olan şirkətlər iştirak etdi.
 2022-ci ildə İsrailin kənd təsərrüfatı naziri Azərbaycanda forumda iştirak etdi. Bunlar əməkdaşlığa müsbət təsir etdi”.
İ.Kərimov qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaradıb:
“Azərbaycan azad edilmiş ərazilərdə Ağıllı kənd inşa edir, İsrailin bu sahədə olan təcrübəsindən Azərbaycan yararlandı”.