"Qayınana heç vaxt gəlinə ana ola bilməz".
"Sherg.az" xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Səhər mərkəzi" verilişində deyib. O qeyd edib ki, barmağının 10-nu çıraq etsən, ocaqdan əlin yana-yana yemək də götürüb versən, gəlinin anasının bir "can" sözünü əvəz edə bilməzsən:
"Amma yaxşı dost, insan, həqiqətən də, qayınana ola bilərsən. Hərənin bir anası var".