"TikTok"dan 18 yaş məhdudiyyəti

"TikTok" sosial media platforması məhdudiyyət tətbiq edib.
Bakupost.az xəbər verir ki, "TikTok" platformaya daxil olmaq üçün 18 yaş məhdudiyyəti gətirdiyini açıqlayıb.
18 yaşdan kiçik istifadəçilər bu sosial mediadan 60 dəqiqəlik istifadə edə biləcək. 60 dəqiqəlik limiti keçdikdən sonra izləməyə davam etmək üçün parol təyin edilməlidir.
13 yaşdan kiçik istifadəçilərin 30 dəqiqə əlavə baxış vaxtına icazə üçün isə valideynləri şifrə daxil etməlidir.
Məhdudiyyətin yaxın həftələrdə tətbiq ediləcəyi gözlənilir.