Bir qrup xarici jurnalist Ağdamda səfərdədir - YENİLƏNİB + FOTO

Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn xarici jurnalistlər Ağdamа çatıblar. 
“Report” xəbər verir ki, Ağdama səfər çərçivəsində xarici mətbuat nümayəndələri ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olacaq, habelə işğal zamanı dağıdılmış mülki obyektlərə, dini və mədəni-tarixi abidələrə, o cümlədən “İmarət” kompleksinə, Şəhidlər xiyabanına, eləcə də Dram teatrına baş çəkəcəklər.