Nazir polkovniki yüksək vəzifəyə təyin etdi


Bakı Şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Eldəniz Məmmədov Bakı Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Faktı Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiq ediblər.