Gəncədə Vətən müharibəsi iştirakçısını maşınla vurub öldürən şəxs sabiq polis əməkdaşıdır - YENİLƏNİB

Gəncədə avtomobillə piyadanı vurub öldürən Xəyal Yolçuyev sabiq polis əməkdaşıdır. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə Şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşı olub.
X.Yolçuyev fevral ayında işdən azad edilib. 

09:24
Gəncədə Vətən müharibəsi iştirakçısı həlak olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir”, - deyə o əlavə edib.