Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər


Martın 6-da müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Sherg.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilir ki, gündüz saatlarında Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.