FHN: Ötən sutka ərzində 55 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 55 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində VAZ-2107 markalı minik avtomobil ilə “Mercedes-Benz” markalı minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 nəfər xilas edilib.