Almaniya səfiri Gəncədə ermənilərin raket hücumu nəticəsində dağılan əraziyə baş çəkib

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib.
"Report"un Qərb bürosunun məlumatına görə, o, səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Səfirə ermənilərin törətdiyi terror hadisələri ilə bağlı məlumat verilib.