Naxçıvanda ilk dəfə "Novruz şəhərciyi" keçirilir


Naxçıvanda ilk dəfə "Novruz şəhərciyi" keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, "Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksində keçirilən "Novruz şəhərciyi"ndə konsert proqramı, bol alış-verişli Novruz bazarı, əyləncəli oyunlar var.

Muxtar respublikanın rayonlarından "Novruz şəhərciyi"nə hər saatdan bir pulsuz nəqliyyat xidməti də fəaliyyət göstərir.