Orucluqda obaşdanlığa qalxmaq vacibdir? - İlahiyyatçı 


"Dinimizə görə sahura (obaşdanlıq) qalxmaq vacib deyil". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, ancaq Ramazanda obaşdanlıq yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndir: 

"Eyni zamanda, dinimizə görə sahura qalxmaq orucu bərəkətli edir. Məhəmməd Peyğəmbər bu barədə buyurub: "Səhur (obaşdanlıq) yeməyini yeyin!”. Bəzən insanlar obaşdanlıq yemədən oruc tuturlar. Dinimiz bu əməli bəyənmir. Əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Gəlin özümüzdə sahura qalxmaq vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək. Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi və xalqımızı qorusun!".