Laçında üç ədəd tank əleyhinə mina aşkarlandı - VİDEO

Laçında üç ədəd tank əleyhinə mina aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Belə ki, Laçın rayonunun Hoçaz kəndinin ərazisində aşkar edilən 3 ədəd tank əleyhinə mina rayon polis şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.