Meyxanaçıdan müğənniyə SƏRT TƏLƏB:“Ya mahnı silinməlidir, ya da...”

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mir Cəlal Aydəmirov atasının mahnısını ifa edən müğənni Səidə Sultana etirazını bildirib.
“Sherg.az” xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesablarında video yayıb.
Mir Cəlal söyləyib ki, Səidə ondan “Ahuzar içində” mahnısını oxumaq üçün icazə almayıb:
“Gördüm ki, Səidə Sultan adlı müğənni atamın “Ahuzar içində” mahnısını səsləndirib. Dostlar, həmin əsəri bu janrda oxumaq düzgün deyil. Bu məsələyə qəti şəkildə narazılıq bildirmişəm. Sənət aləminə yaraşmayan hərəkətdir. 

Bundan da əlavə, mənim ailə üzvlərimlə bir əlaqə saxlanılmayıb, razılıq alınmayıb. Halallıq verilməyib. Bu mahnı kədərli notlarla yazılıb, onu estrada janrında oxumaq qəti şəkildə düzgün deyil. İzləyicilər də buna narazılıqlarını bildirib, birmənalı qarşılanmayıb. Məndən də münasibət öyrənmək istəyirdilər. Səidə Sultan tərəfindən mənimlə kimsə əlaqə yaratmalıdır. Bunu onlardan tələb edirəm. Bununla bağlı razılığa gəlinməlidir. 
Əgər qarşı tərəf sussa, mənimlə əlaqə saxlamasa, hüquq müstəvisində haqqımı tələb edəcəyəm. O mahnı platformalardan silinməlidir. Uyğun janrda yenidən ifa edilsə, razılıq verilə bilər”.