İlk TOGG Ərdoğana verildi

Türkiyənin TOGG markalı elektromobilinin ilkin sifarişçilərə çatdırılması prosesinə başlanılıb. Yerli istehsal olan nəqliyyat vasitəsinin ilk nümunəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Dövlət başçısı “Anadolu” rəngindəki 34 EE 2071 nömrəli elektromobili əldə edib.
“Bu gün millətimizin 60 illik arzusunun gerçəkləşdiyinin birlikdə şahidi oluruq. “Türk əsri”nin ilk bəhrələrindən biri olan TOGG vətənimizə xeyirli olsun”, - deyə Prezident Ərdoğan təqdimat mərasimində bildirib.
Qeyd edək ki, elektromobilin növbəti nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq.
Mənbə: Haber Global