Respublika Psixiatriya Xəstəxanasında yeni təyinat 

Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən Orxan Rasim oğlu Cəfərov xəstəxananın baş həkimi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, O.Cəfərov bu təyinata qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.