Azərbaycanda zəlzələ oldu

Mingəçevir su hövzəsində zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Mingəçevir su hövzəsi daxilində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,1, dərinliyi 20 km olub.
Yeraltı təkanlar hiss olunmayıb.