Ölmək istədim, ölsün istədim…”

Hadisə 5 ay çəkən evlilikdən və boşanmasından danışdı

  Türkiyənin pop “ulduzu” Hadisənin iş adamı Mehmet Dinçərlə evliliyi sadəcə, 5 ay çəkdi. Səssiz-sədasız evlənən cütlüyün ayrılması isə hay-küylü olub.  “Milliyet.com.t“r” xəbər verir ki, Hadisə keçmiş həyat yoldaşı M.Dinçərlə ayrılmasını mahnı ilə ifadə edib. Sözləri Şeyx Ree, bəstəsi Təkin Akbala məxsus yeni mahnı “Fəryad” adlanır. Və bu mahnıyla Hadisənin keçmiş ərinə mesaj göndərdiyi deyilir.  Evlilikdən əvvəl və Çırağan Sarayında keçirilən toy mərasimindən sonra sevgi dolu fotolar paylaşan cütlüyün xoşbəxtliyi niyə 5 ay çəkdi? Hadisənin bu mahnısıyla əslində sıxıntılı bir evlilik yaşadığı məlum olur. Pop “ulduz” mahnısında o günləri anladıb. 37 yaşlı müğənni instaqram hesabında bunları yazıb: “Dəfələrlə inandım, dəfələrlə yanıldım. Ölmək istədim, ölsün istədim. Qəlbimi yerindən söküb atmaq istədim”. Hadisə deyib ki, bu mahnıya qədər səssis fəryad edib. Duyan onu anlamayıb, anlaya bilən də duymayıb. Hər dəfə bağıra-bağıra fəryad etmək istəyib. Bu mahnını dinlədikdə isə “bu, mənimlə birlikdə səssiz bağırtıları olan hər kəsin fəryadı olsun”, istəyib. Bu mahnı səssiz fəryad edənlərin mahnısı olacaq. Mahnıya çəkilən klipə isə 1 milyon TL vəsait xərclənib.