12 kəsik sağ əl skeleti


Arxeoloq və tarixçiləri düşünməyə vadar edib

  Misirdə aparılan arxeoloji qazıntılar zamanı tapılmış 12 kəsik sağ əl skeleti arxeoloq və tarixçiləri düşünməyə vadar edib. 12 kəsik sağ əldən 11-i kişi əli, yalnız 1-I qadına məxsusdur. Bu, qədim Misirdə mövcud olan cəza növündən geriyə qalan qalıqlardır, yoxsa başqa sirr gizlənir? 

“Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, arxeoloq Erman Ertuğrul aşkar olunmuş qalıqlar barədə danışıb. Bu qalıqlar Misirin Tell əl-Dab bölgəsindəki Hyksos sarayının önündə 2011-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı üzə çıxıb. Sözügedən saray Hyksos hökmdarlarının hazırda Əl-Qusəyya kimi tanınan Cusaye şəhərinin 15-ci xanədanı hakimlərinə aid olub. 

Nə baş veribsə, məhz bu sarayda baş verib. Tarixçilər qədim Misirdəki məzarlıq və daş oymalarda kəsik əllər təsvirinə rast gəlindiyini bildirir. Lakin arxeoloqlar bu dəfə fərqli mənzərə ilə qaşrılaşıb. Kəsik əllər barədə danışan arxeoloq Erman Ertuğrul deyib ki, birdən artıq əskik əlin və barmaqların tapılması, toplam 18 əlin var ola biləcəyi anlamına gəlir: “Bir qadın əlinin olması, prosedurda cinsi fərqliliyin olmadığını göstərir. Tarix boyu qadınlar hərbi sahədə müxtəlif vəzifələr daşıyıb. Qadınlar da müharibələrdə iştirak edib. Həmçinin siyasi, ictimai həyatda aktiv rola malik olublar. 

Tell əl-Dabda qadına məxsus sağ əl skeletinin ortaya çıxmasının önəmli bir səbəbi ola bilər. Almaniyalı mütəxəssis doktor  Julia Greski əllərin toxumaları araşdırıldığında onların sağ ikən birilərindən kəsilərək götürülməsi mülahizəsi üzərində dayanıb. Yalnız sağ əllərin kəsilməsi  bir adət-ənənədən də irəli gələ bilər. Kəsik əllər necə gəldi basdırılmayıb, əksinə, nizamlı bir şəkildə, səliqəylə torpağa qoyulub. 

Əllərin rəmzi olaraq birlikdə bir əli xarakterizə etməsi də mümkündür. Bu da əllərin cəza növü olaraq kəsildiyi mülahizəsini şübhə altına alır.  Bununla belə kəsik sağ əllər hələ də mübahisə predmetidir.