Sati ənənəsi! - Dul qadınlar ölən həyat yoldaşları ilə birlikdə yandırılırdı


 Hindistanda dul qadınların vəfat etmiş həyat yoldaşlarıyla birlikdə yandırılması adəti 1829-cu ildə qadağan edilib. O zamanlar Böyük Britaniya tabeliyində olan Hindistanın ilk valisi Lord Villiam Bentink bu qadağanı təsdiq edib. Dul qadınların həyat yoldaşları ilə birlikdə yandırılması “sati” adlanırdı və Hindistanda adət idi. Lord Villiam Bentink isə 49 zabit və 5 istintaqçının fikirlərini öyrəndikdən sonra “ingilis hakimiyyəti üzərindəki bu qara ləkəni təmizləmək” qərarına gəlib. Bunun üçün yeni qanun layihəsi hazırlanmasına göstəriş verib.

Qanun layihəsində sati insan təbiətinə zidd, qanundan kənar və yaramaz bir adət adlandırılıb. Məhkəmələrə bu adəti yerinə yetirənləri cəzalandırmaq hüququ verilib. Lordun təsdiqlədiyi yeni qanun layihəsi sati adətinə qarşı ən sərt tədbirlər sayılır. Qanun qüvvəyə mindikdən sonra Raja Rammohun Royun rəhbərliyi altında ölkənin tanınan şəxsləri, təqribən 300 hindli onları qadın qatili olmaqdan xilas etdiyi üçün Lord Bentinkə təşəkkür edib. Qatı dindar hindlilər isə Lord Bentinkə təpki göstərərək satinin ləğvinə qarşı çıxıblar. Etirazlar İngiltərə müstəmləkələrində ən uca ədalət məhkəməsi sayılan Privi Konseyinə daşınıb. Lakin Konsey 1832-ci ildə satini "topluma qarşı aşkar bir cinayət” elan edərək qanun layihəsini dəstəkləyib.

 Amma Lord Bentink qanunu 1837-ci ildə bir başqa ingilis məmuru, Hindistan Cəza Qanununun yazarı Thomas Macaulay tərəfindən ləğv edilib. Onun fikrincə, dul qadınların şəxsi istəyi ilə tonqalı alovlandıranlar sərbəst buraxılmalıdır. Macaulay bunu onunla izah edirdi ki, dul qadınlar dini vəzifənin yerinə yetirilməsini güclü dini bağlılıq hissi altında icra edilməsini istəyir və bunu özləri üçün şərəf bilirlər. Mittaya görə, Macaulayın sati ilə bağlı düşüncələri illər sonra Britaniya idarəçilərinə əsaslı görünüb. Müxtəlif zamanlarda sati adətinə qarşı yeni qanunlar, qaydalar tətbiq edilib, bu əmələ görə cəzalar gah sərtləşdirilib, gah yumşaldılıb. Sati adətinin son dəfə 1947-ci ildə həyata keçirildiyi və  41-ci qadının yandırılmasından sonra eyni halın təkrar yaşandığına dair məlumatlar yoxdur.