Artıq ayrılıblar: Aktrisa Torreyra ilə bağlı suala əsəbi yanaşıb

Aralarında eşq yaşandığı danışılan “Qalatasaray” forması geyinən uruqvaylı futbolçu Lukas Torreyra ilə aktrisa Devrim Özkanın ayrıldığı bildirilir. “Şərq” türk  mediasına istinadən bildirir ki, Devrim Özkan “Qalatasaray”-“Kastamonuspor” komandaları arasında Türkiyə Kuboku uğrunda matçı izləməyə gəlib. Onun bu addımı Torreyra ilə münasibətlərinin normallaşması kimi yozulub. Daha sonra isə film təqdimatına qatılan Devrim Özkana “Qalatasaraylılar sizi gəlinləri olaraq görür. Bununla bağlı nə deyəcəksiniz” sualına “Mən bura film izləməyə gəldim. Gəlininiz kim olur, bilmərəm”, cavabını vermişdi. Bu dəfə isə Devrim Özkan TRT-nin beynəlxalq  rəqəmsal platforması “Təbii”-nin təqdimat mərasimində jurnalistərlə kobud davranb. Aktrisa Torreyra ilə bağlı suala əsəbi yanaşıb və “siz bura bu sualı vermək üçünmü gəlmisiniz?  Mən bunun üçün gəlməmişəm” deyərək, mərasimin keçirildiyi salonu tərk edib.