BP bu ilin birinci yarısını mənfəətlə başa vurub

Böyük Britaniyanın neft və qaz nəhəngi olan BP şirkəti bu ilin birinci yarısında ötən ilin müvafiq dövründə qeydə alınan zərərdən sonra 10,01 mlrd.dollar xalis mənfəətlə başa vurub.

“APA-Economics”in şirkətin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin birinci yarısını BP 11,127 mlrd. dollar zərərlə başa vurub.

BP-nin son yarım ildə karbohidrogen hasilatı illik müqayisədə 3,4% artaraq gündəlik 2,301 mln. barel neft ekvivalenti təşkil edib.

Qeyd edək ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır.