Sosial Dəstək Mərkəzi auditor seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.

Qalib şirkətə 8 min manat ödəniləcək.