Xidmət rəisi: Erməni sakinlərin qeydiyyatına dair məlumatlar təqdim ediləcək

Hazırda Qarabağ iqtisadi rayonunda, o cümlədən Xankəndidə məskunlaşmış erməni əsilli şəxslərin ilkin qeydiyyatı həyata keçirilir.

APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, bu proseslə bağlı müvəqqəti qərargah yaradılıb və məlumatlar mərkəzləşmiş qaydada verilir:

"Müvafiq məlumatlar uyğun zamanda təqdim olunacaq".