Yalnızlıq gündə 15 siqaret çəkmək qədər təhlükəlidir - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı “təcili qlobal sağlamlıq təhlükəsi” elan edib.
Bakupost.az xəbər verir ki, ÜST məsələ ilə bağlı ABŞ ümumi cərrahı Dr. Vivek Murti və Afrika İttifaqının gənclər səfiri Çido Mpembanın rəhbərlik etdiyi beynəlxalq komissiya yaradıb.
"Tənhalıq sərhədləri aşır. Tənhalıq sağlamlığın, rifahın və inkişafın bütün aspektlərinə təsir edən qlobal ictimai sağlamlıq probleminə çevrilir", - Mpemba bildirib.
Murtiyə görə, təkliyin sağlamlıq riskləri gündə 15 siqaret çəkmək qədər pisdir. Yalnızlığın piylənmə və fiziki hərəkətsizliklə bağlı risklərdən daha çox ola biləcəyi ifadə edilir.
Təklik ümumiyyətlə inkişaf etmiş ölkələr üçün problem olaraq görülsə də, Murti yaşlıların dörddə birinin sosial təcrid nisbətlərinin dünyanın bütün bölgələrində oxşar olduğu məlumatını paylaşıb.
Yaşlı insanlarda tənhalığın demans inkişaf riskini 50 faiz artırdığı qeyd edilib. Bunun koronar arteriya xəstəliyi və insult riskinin 30 faiz artması ilə əlaqəli olduğu bildirilib.