Xanlar Vəliyev özünə yeni köməkçi təyin etdi

Hərbi Prokurorluqda yeni təyinat olub.
Axar.az Unikal-a istinadən xəbər verir ki, Hərbi Prokuror Xanlar Vəliyevin əmri ilə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa nəzarət şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Fərəc Nuhbala oğlu Sayılov tutduğu vəzifədən azad edilib.
Xanlar Vəliyevin digər əmri ilə, Fərəc Sayılov Hərbi Prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.