Bakıda iki avtobusun hərəkət sxemi dəyişib

Bakıda iki marşrut xəttinin hərəkət sxemi dəyişib.

"APA-Economics" bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə, 53 nömrəli marşrutun müntəzəm hərəkət sxemində dəyişiklik edilib. Sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası, son daynacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

4 nömrəli müntəzəm marşrutunun istismarı isə "BakuBus" MMC-yə həvalə edilib. Həmçinin marşrutun hərəkət istiqaməti dəyişdirilərək Bakı Ağ şəhər yaşayış sahəsinə yönləndirilib.